KANAL24.AZ
Az Iw En Ru

54,5 milyon dollara satılan "Körpüdə durmuş qız"əsəri

Nyu-Yorkun "Sotheby`s" hərraclar evində Norveç rəssamı Edvard Munkun “Körpüdə durmuş qız” əsəri 54,5 milyon dollara satılıb. “Boston Herald"-ın verdiyi xəbərə görə, əsər satışa 50 milyon dollarla qoyulubmuş.

Rəssamın 1900-1901-ci illərdə yaratdığı əsər əvvəlki tabloları ilə müqayisədə tamaşaçı və tənqidçilərdə birmənalı olaraq müsbət qarşılanıb.

“Körpüdə durmuş qız” bir neçə variantda işlənib və E.Munk onlardan birini 1903-cü ildə Paris Salonu üçün çəkib. Həmin əsəri rusiyalı kolleksiyaçı Mixail Morozov alıb və tablo hazırda A.S.Puşkin adına Dövlət İncəsənət Muzeyində saxlanılır.


03:06 16.11.2016
Xəbər lenti
Bütün xəbərlər