KANAL24.AZ
Az Iw En Ru

DSX-nin növbəti sayıqlığı

 Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin еtibarlı mühafizəsinin və buraxılış məntəqələrində sərhəd rejiminin təmin olunması tədbirləri uğurla davam еtdirilir.

DSX-nin mətbuat mərkəzindən verilən məlumata görəi, növbəti dəfə saxta sənədlərdən istifadə etməklə avtomobillərin müqabil dövlətin ərazisinə keçirilməsi cəhdinin qarşısı Xidmətin əməkdaşları tərəfindən alınıb.

Noyabrın 8-də “Şıxlı” Sərhəd Nəzarət Məntəqəsində Balakişiyev Anar Məmməd oğlu idarə etdiyi “Kia-Sportic” markalı, 99-FU-359 dövlət nömrə nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsini və nəqliyyat vasitəsinin müvafiq sənədlərini saxtalaşdıraraq Gürcüstana keçirmək istəyərkən saxlanılıb.

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.


18:45 15.11.2016
Xəbər lenti
Bütün xəbərlər