KANAL24.AZ
Az Iw En Ru

AYB Yunus Əmrə İnstitutu ilə Memorandum imzalayıb

Azərbaycan Yazıçılar Birliyində (AYB) Yunus Əmrə İnstitutu ilə Memorandum imzalanıb.

AYB-dən bildirilib ki, Bakıdakı Yunus Əmrə İnstitutunun direktoru İbrahim Yıldırım Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara rəhbərlik etdiyi qurumun layihələri barədə geniş məlumat verib. AYB sədri iki ölkə arasında ədəbi-mədəni əlaqələrin inkişaf etdirilməsi üçün yeni və əhəmiyyətli layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Sonra Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin və “aybKitab” layihəsinin rəhbəri Xəyal Rza Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq və nəzərdə tutulan birgə layihələr barədə məlumat verib. Qeyd edib ki, müasir Azərbaycan ədəbiyyatının təbliğ olunması, kitaba olan marağın artırılması, gənc müəlliflərin “imza günü” mərasimlərinin təşkil edilməsi istiqamətlərində görüləcək işlər də Memorandumda öz əksini tapıb. Bundan başqa, Azərbaycan Yazıçılar Birliyinin elektron mətbuatı - ayb.az, aybkitab.az saytları Yunus Əmrə İnstitutu ilə əməkdaşlığı genişləndirəcək, qarşılıqlı layihələr həyata keçirəcək.

Memorandumu Xəyal Rza və İbrahim Yıldırım imzalayıblar.


17:23 15.11.2016
Xəbər lenti
Bütün xəbərlər