KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyev Trans-Anadolu təbii qaz sisteminə dair Anlaşma Memorandumunu təsdiq edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair" Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanunu imzalayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasının Hökuməti və Türkiyə Respublikasının Hökuməti arasında Trans-Anadolu təbii qaz sisteminə dair" 2014-cü il mayın 26-da Ankara şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin".


05:36 15.11.2016
Xəbər lenti
Bütün xəbərlər