KANAL24.AZ
Az Iw En Ru

Çirkli sulardan tutulan balıq sağlamlıq üçün təhlükəlidir

ABŞ-ın Skripps Okeanoqrafiya İnstitutunun alimlərinin sözlərinə görə, çirkli su hövzələrində tutulan balıqlarla qidalanmaq zəhərlənmə riskini xeyli artırır. Məsələ bundadır ki, həmin hövzələrdəki davamlı üzvi çirkləndiricilər bəzi balıqların əzələ toxumasında toplanır.

Bu birləşmələr pestisidlərdə, neft-kimya sənayesi məhsullarında və odadavamlı materiallarda var. Həmin birləşmələr immun müdafiəsini asanlıqla yararaq, orqanizmə daxil olur və maddələrin hüceyrə membranı ilə daşınmasını təmin edən P-qlikoprotein zülalına yapışır.


04:45 15.11.2016
Xəbər lenti
Bütün xəbərlər