KANAL24.AZ
Az Iw En Ru

Yaşar Nuri anılacaq

Mədəniyyət və Turizm Nazirliyi və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə noyabrın 15-də Xalq artisti Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə xatirə tədbiri keçiriləcək.

Akademik Milli Dram Teatrının İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xatirə gecəsinin rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, ssenari müəllifi isə Çingiz Ələsgərlidir.

Tədbirdə Yaşar Nurinin kino, teatr və televiziya tamaşalarından fraqmentlər nümayiş olunacaq.

 


03:25 15.11.2016
Xəbər lenti
Bütün xəbərlər