KANAL24.AZ
Az Iw En Ru

Xor Kapellasının 80 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək

22  noyabr 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xor Kapellasının 80 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Azərbaycan Dövlət Filarmoniyasının mətbuat xidmətindən  verilən məlumata görə, proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Müslüm Maqomayev, Cahangir Cahangirov, Zakir Bağırov, Səid Rüstəmov, Firəngiz Əlizadə,  Ramiz Mustafayevin əsərləri səslənəcək.

Proqramda qərbi avropa bəstəkarlarının əsərləri səslənəcək.


19:11 14.11.2016
Xəbər lenti
Bütün xəbərlər