KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan multikulturalizmi İspaniya mediasının gündəmində

Noyabrın 10-da İspaniyanın məşhur “La Razon” qəzetində Azərbaycanın İspaniyadakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin dəstəyi ilə “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusunda keçirilmiş konfransla bağlı “Dinlər, multikulturalizm və sülh” başlıqlı məlumat dərc olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, məlumatda bildirilir ki, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə elan edilmiş “Multikulturalizm ili” çərçivəsində keçirilən bu konfransın əsas məqsədi dinlərarası dialoqun gücləndirilməsidir.

Qəzet yazır ki, tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete, Valensiya arxiyepiskopu kardinal Antonio Kanizares, İspaniya ədliyyə nazirinin müavini Karmen Sançez Kortes və İspaniyanın Ədliyyə Nazirliyinin beynəlxalq hüquqi əməkdaşlıq və dini qurumlarla iş departamentinin baş direktoru Xavyer Herrera çıxış ediblər.

     

19:04 14.11.2016
Xəbər lenti
Bütün xəbərlər