KANAL24.AZ
Az Iw En Ru

Bu gün Diabet Günü qeyd edilir

Bu gün dünyada Diabet Günü kimi qeyd edilir.Diabet Günü 1991-ci ildən Beynəlxalq Diabet Federasiyasının(BDF) və Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) təşəbbüsü ilə qeyd edilir.

2006-cı ildən isə bu günü Birləşmiş Millətlər Təşkilatı(BMT) əlamətdar gün kimi qeyd etməyi üzv dövlətlərə tövsiyə edib.

Dünyada hazırda 415 milyona yaxın şəkərli diabetlə (ŞD) xəstə insan var. 2040-cı ildə bu say 642 milyon olması ehtimal edilir.

Azərbaycanda 2016-cı il üçün son hesablamalarına əsasən 212 577 nəfər şəkərli diabetlə xəstə insanın olması rəsmi qeyd edilir. Onlardan tip1 ŞD 28924 nəfər, tip 2 ŞD 183653 nəfərdir.

2016-cı il üçün dövlət büdcəsindən ŞD-lə bağlı dövlət proqramına 40,1 mln. manat vəsait ayrılıb.


17:43 14.11.2016
Xəbər lenti
Bütün xəbərlər