KANAL24.AZ
Az Iw En Ru

Abort üçün həblər qadın sağlamlığını məhv edir

Bir çox qadınlar hamiləliyin pozulması üçün istifadə olunan xüsusi həbləri tam ziyansız hesab edir və bu vasitədən tez-tez istifadə edirlər. Lakin bu çox təhlükəli yanılmadır.

Belə həblər qadın sağlamlığına çox mənfi təsir edir, ağır qadın xəstəliklərinə, sonsuzluğa, hətta xərçəngə səbəb olur. Bunu rus ginekoloq-reproduktoloq həkim-konsultant Tatyana Zavyalova bildirib.

Bu həblərin tərkibində çox yüksək dozalarda hormonlar (progesteron) var ki, belə preparatların həkimin təyini olmadan, nəzarətsiz qəbulu qadın sağlamlığını sözün əsl mənasında məhv edir.

Alimlərin fikirinə görə, tez-tez istifadə olunduqda (ildə bir neçə dəfə) bu preparatlar menstrual dövrü pozur, güclü qanaxmalara, ağrılara, endometrioz, miomalar, poliplər, endometriumun (uşaqlığın daxili qişası) hiperplaziyası və s. ciddi pozulmaların inkişafına səbəb olur. Nəzərə almaq lazımdır ki, poliplər və endometriumun hiperplaziyası xərçəngin inkişafı üçün fon yaradır.


06:25 14.11.2016
Xəbər lenti
Bütün xəbərlər