KANAL24.AZ
Az Iw En Ru

Burnunuzu silərkən ehtiyatlı olun

 

Üzümüzdəki sızanaqların və ya hər hansısa bir yaranın sağalmasını gözləməkdə səbirsizlik göstərib yersiz müdaxilələr edirik. Amma unuduruq ki, bu adi görünən diqqətsizlik bizim həyatımızı təhlükə altına ala biləcək nəticələrə səbəb ola bilər.

Bu günlərdə ingilis qadının da məhz bu cür diqqətsiz davranışı nəticəsində düşdüyü vəziyyət həkimlərin belə təəccübünə səbəb olub. Belə ki, "Daily Mailin" verdiyi xəbərə görə, 32 yaşındakı İngilis qadın burnunu sərt şəkildə sildikdən sonra gözü şişib. Orbital emfizema diaqnozu qoyulan qadının gözətrafı toxumalarda təzyiqli hava yaranması nəticəsində xəsarat aldığı məlum olub.

Bu cür xəsarətlərin çox vaxt partlamadan sonra müşahidə olunduğu bildirilir. Həkimlər təcili olaraq qadının gözünü müalicə etməyə başlayıblar. Əks təqdirdə kor olma ehtimalının yüksək olduğu deyilib.

Gözətrafı nahiyyədə yaranan təzyiq görmə sinirinə ziyan verə bilir. Bu kimi hallarla rastlaşdığınızda dərhal həkimə müraciət edin.


00:39 14.11.2016
Xəbər lenti
Bütün xəbərlər