KANAL24.AZ
Az Iw En Ru

Uşaqlarımız nə yeyir?

Standarta əsasən məktəb bufetlərində kolbasa, cipsi, qazlı sular kimi uşaqların səhhətinə ziyan verən məhsulların satışı qadağan edilib. Amma görünən odur ki, bir sıra məktəblərin bufetlərində bu standartlara əməl edilmir.Qanuna əsasən bu tələbləri pozanları 1500 manatdan 6 min manata qədər cərimə gözləyir.

Müxtəlif növ çipsilər, pizzalar, qazlı su və kolbasalar. Standartlara əsasən qadağan olsa da əksər məktəblərin bufetlərində uşaqlara bu qidalar satılır.  

Məsələn Bakıda 138 saylı məktəbin qarşısında uşaqların kolbasa yediyini çəkdik. Bu isə məktəbin nəzarətçilərinin acıqına səbəb oldu. Hətta bizimlə danışan məktəblini çağıraraq cəzalandırdılar.

Standartlaşdırma, metrologiya və patent üzrə dövlət komitəsinin şöbə müdiri Fazil Talıblı bildirir ki, sahibkarlara qarşı yoxlamalar dayandırıldıqından yalnız ciddi pozuntu barədə məlumat olarsa məktəblərdə yoxlama aparıla bilər.

Bundan başqa məktəb yeməkxanalarında qazlı içkilər, cipsi, moyanez, yağlı peraşki, acılı məhsullarında satışı qadağandır. Bu standartın pozulmasının cəriməsi fiziki şəxslər üçün 1500 manat, hüquqi şəxslər üçün isə 4-6 min manatdır.

Bakı Şəhər Təhsil İdarəsinin sektor müdiri Bəşarət Məmmədov isə bildirir ki, onlar yalnız maillə sualları göndərdikdən sonra məsələyə cavab verə bilərlər. Sualı göndərsəkdə cavab ala bilmədik. Yəni məktəblilərin sağlamlığı təhlükə qarşısında qalmaqda davam edir.


05:34 12.11.2016
Xəbər lenti
Bütün xəbərlər