KANAL24.AZ
Az Iw En Ru

Bakıda Beynəlxalq Caz Festivalı keçiriləcək

22-30 oktyabr tarixlərində Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu tərəfindən Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Kanal24-ə verilən məlumata görə, festivalda Braziliya, Gürcüstan, İsveç, İspaniya, Fransa, Avstriya, Türkiyə, İtaliya, Norveç, Niderland, Almaniya, Macarıstan, Litva, Yaponiya və Kolumbiyadan olan məşhur musiqiçilərin iştirakı nəzərdə tutulub.


18:48 21.10.2016
Xəbər lenti
Bütün xəbərlər