KANAL24.AZ
Az Iw En Ru

Gürcüstanda "Əli və Nino" filmin premyerası keçiriləcək

Oktyabrın 23-də Tbilisidə yazıçı Qurban Səidin eyniadlı əsəri əsasında səhnələşdirilən "Əli və Nino" bədii filminin premyerası keçiriləcək.

Bu barədə Trend Qruziya-Onlayn-a istinadən xəbər verir.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri – Kris Tikye, rejissor – BAFTA mükafatını qazanmış Asif Kapadia, ssenari müəllifi - Academy Award mükafatı laureatı Kristofer Hemptondur.

Qeyd edək ki, Bakıda filmin premyerası oktyabrın 5-də Heydər Əliyev Mərkəzində keçirilib.


14:32 21.10.2016
Xəbər lenti
Bütün xəbərlər