KANAL24.AZ
Az Iw En Ru

Prezident seçkiləri keçiriləcəkmi? – YAP-dan reaksiya

Sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin nəticələrinin təsdiq olunmasından sonra Azərbaycanda bu ilin dekabr ayında prezident və növbədənkənar parlament seçkilərinin keçiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

 

Bununla bağlı danışan millət vəkili Fazil Mustafa isə referendumun nəticələri təsdiq olunandan sonra Azərbaycanda prezident seçkilərinin keçirilməsi ehtimalının böyük olduğunu vurğulayıb.

 

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov moderator.az-a açıqlamasında referendumdan sonra bu səlahiyyətlərin konstitusiya ilə Azərbaycan Respublikasının prezidentinə verildiyini deyib:

 

“Referendumun nəticələri təsdiq olunduqdan sonra bu səlahiyyət cənab prezidentindir. Əgər istəsə, növbədənkənar prezident seçkiləri çağıra bilər. İstəməsə onsuz da cənab prezident xalq tərəfindən yekdilliklə seçilib və 2018-ci ilə qədər müddəti var. Proses 2018-ci ilə qədər davam edə bilər. Bu, prezidentin səlahiyyətində olan məsələdir və hesab edirəm ki, kiminsə buna müdaxilə etməsi, hansısa proqnoz verməsi  doğru deyil”.


18:26 11.10.2016