KANAL24.AZ
Az Iw En Ru

18 yaşlı gənc oğlanın quyruğu var

Hindistanda 18 yaşlı gənc oğlanın üzərində 20 sm-lik quyruğun kəsilməsi əməliyyatı aparılıb.
 
Bu barədə Kanal24 BBC-yə istinadən xəbər verir.
 
Gəncin məsxərəyə qoyulmaması üçün valideynləri onun quyruğunun olduğunu 18 yaşınadək kənar şəxslərdən gizlədiblər.
 
Lakin bu çıxıntı get-gedə böyüdüyü üçün onu paltarın altında gizlətmək çətinləşmişdi. Digər tərəfdən də onun içərisində sümük formalaşmağa başlamışdı.
 
Bu fenomen çox nadir hadisədir, 20 sm-lik quyruq isə tibb tarixində ən uzunudur.
 
Qeyd edilir ki, neyrocərrahın iştirak etməsinə baxmayaraq, bu, sadə əməliyyat olub. 
 

17:55 10.10.2016
Xəbər lenti
Bütün xəbərlər