KANAL24.AZ
Az Iw En Ru

"Visla" festivalı Bakıda

13-19 oktyabr tarixlərində Bakıda “Visla” festivalı çərçivəsində 6 polyak filmi nümayiş olunacaq.

Bakı və bütün Azərbaycanın sakinləri ən yaxşı və yeni polyak filmlərini “Visla” festivalı çərçivəsində seyr edə biləcəklər. “Dəstəkləyirəm” Fondu ilə əməkdaşlıq sayəsində “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi” filmləri nümayiş olunacaqlar.

Nümayiş The Ladnmark Cinema kinosunda hər gün 13-19 oktyabr tarixlərin (17 oktyabr istisna olmaqla) saat 19.00 keçiriləcək. Giriş pulsuzdur.


17:22 10.10.2016
Xəbər lenti
Bütün xəbərlər