KANAL24.AZ
Az Iw En Ru

DB-dən hesabat: “İŞİD-çilərin çoxu təhsillidir”

İŞİD terror qruplaşması muzdlularının təhsil səviyyəsi yüksəkdir.

 

 İnterfaks xəbər verir ki, bu iddia ilə Dünya Bankı çıxış edib. İddiaya görə, sözügedən muzdlular orta hesabla aid olduqları ölkələrdə yaşayan adi əhaliyə nisbətən daha yüksək təhsil alıblar.

 

Dünya Bankının araşdırmalarına görə, bu siyahıya Yaxın Şərq ölkələrindən, Şimali Afrika, Cənubi və Şərqi Asiyadan İŞİD-ə qoşulan əcnəbi İŞİD-çilər daxildir:

 

“Muzdluların yalnız 17 faizinin orta təhsili yoxdur, çoxu isə orta məktəbi bitirib, hətta ali təhsillilərin sayı da kifayət qədərdir”.

 

Aparılan araşdırmalar göstərib ki, terrorçu-kamikadzelərin arasında da ali təhsilliləri az olmayıb:

 

“Ali təhsilli İŞİD-çilər etiraf edir ki, terror qruplaşmasına qoşulmamışdan öncə işsiz deyildilər. Bu qruplaşma kasıblığın nəticəsi deyil”.


16:00 07.10.2016
Xəbər lenti
Bütün xəbərlər