KANAL24.AZ
Az Iw En Ru

Pedaqoji Universitetdə birinci kurs tələbələri ilə görüş olub

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bütün fakültələrində birinci kursa qəbul olunmuş tələbələrlə tanışlıq görüşü keçirilib.


ADPU-dan Kanal24.az-a bildirilib ki, universitetin rektoru, professor Cəfər Cəfərov filologiya fakültəsinin tələbələri ilə keçirilən görüşdə iştirak edərək onları bir daha universitetə qəbul olunmaları və yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Rektor bildirib ki, ali təhsil müəssisələrində birinci kursa qəbul olunmuş tələbələrlə tanışlıq görüşünün keçirilməsi dünya təcrübəsində mövcuddur. Məqsəd tələbələrə istiqamət vermək, onlarda təhsil alacaqları universitet haqqında ilkin təsəvvürü formalaşdırmaqdır.
C.Cəfərov qeyd edib ki, hazırda ADPU-da təxminən 20 minədək tələbə təhsil alır. Universitetin fəaliyyət istiqamətləri barədə məlumat verən rektor bu ali məktəbdə keyfiyyətli təhsil almaq üçün məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, digər fakültələrdə keçirilən tanışlıq görüşlərində ADPU-nun tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev iştirak edib. Tədbirlərdə ADPU-nun tarixi, keçdiyi böyük inkişaf yolu, şöhrətli məzunları, ölkəmizin ali təhsil sistemindəki yeri və mövqeyi, tədris və imtahan prosesi, hazırda bu universitetdə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verilib.
Sonra universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri təqdim edilib.

 

 


14:19 15.09.2016
Xəbər lenti
Bütün xəbərlər