KANAL24.AZ
Az Iw En Ru

UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub

Sentyabrın 14-də UEFA Çempionlar Liqasında ilk tura yekun vurulub.

İkinci oyun günündə daha dörd qrupda (E, F, G, H) səkkiz oyun və ötən gün leysan yağışı səbəbindən bu günə təxirə salınan “Mançester Siti” – “Borussiya” (Mönhenqladbax) matçı keçirilib. Qruplar üzrə aşağıdakı nəticələr qeydə alınıb:

C qrupu

“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Mönhenqladbax, Almaniya)-4:0

E qrupu

“Bayer” (Almaniya) – MOİK (Moskva, Rusiya)-2:2

“Tottenhem” (İngiltərə) – “Monako” (Fransa)-1:2

F qrupu

“Legiya” (Polşa) – “Borussiya” (Dortmund, Almaniya)-0:6

“Real Madrid” (İspaniya) – "Sportinq” (Portuqaliya)-2:1

G qrupu

“Brügge” (Belçika) – “Lester” (İngiltərə)-0:3

“Porto” (Portuqaliya) – “Kopenhagen” (Danimarka)-1:1

H qrupu

“Yuventus” (İtaliya) – “Sevilya” (İspaniya)-0:0

“Lion” (Fransa) – “Dinamo” (Zaqreb, Xorvatiya)-3:0


07:48 15.09.2016