Afinada UEFA prezidenti vəzifəsinə seçkinin keçirildiyi tədbirdə qurumun sabiq rəhbəri Mişel Platini də iştirak edib.
Tədbirdə çıxış edən Platini vicdanının təmiz olduğunu bildirib.
“Mənim üçün çox emosional andı. Çünki UEFA-nın konqresində sonuncu dəfə çıxış edirəm. Bu postda keçirdiyim 9 ilə görə sizə təşəkkür edirəm. Düşünürəm ki, bu müddətdə yaxşı iş gördük. Vicdanım təmizdir”, - deyə Platini vidalaşıb.