KANAL24.AZ
Az Iw En Ru

Daha bir Azərbaycan atleti Paralimpiya Oyunlarının gümüş medalına sahib çıxıb

Azərbaycan atleti Yelena Çebanu Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında özünün üçüncü, Azərbaycan yığmasının 8-ci medalını qazanıb. 

 
"Report" xəbər verir ki, "Rio-2016"da bunadək 100 metr məsafəyə qaçışda gümüş və 200 metr məsafəyə qaçışda bürünc medal qazanan Yelena Çebanu bu dəfə uzunluğa tullanma növündə gücünü sınayıb. İdmançı 5.56 metr nəticə göstərərək yeddi idmançını geri qoyub və ikinci yeri tutub. Beləliklə, Paralimpiya yığmamızın Rioda qazandığı medalların ümumi sayı 8-ə çatıb.

16:08 14.09.2016