KANAL24.AZ
Az Iw En Ru

FİFA: Vitse-prezident üçün ömürlük cəza

FİFA-nin etika üzrə komitəsinin arbitraj palatası təşkilatın keçmiş vitse-prezidenti və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələrinin Futbol Konfederasiyasının (CONCACAF) keçmiş başçısı Ceffri Uebbi futbol fəaliyyətindən ömürlük olaraq kənarlaşdırıb.

Ceffri Uebb, həmçinin 1 milyon İsveçrə frankı həcmində cərimə olunub. O, dələduzluqda və pulların yuyulmasında günahkar bilinib. Bundan başqa arbitraj palatası onun işində Beynəlxalq Futbol Federasiyasının etika məcəlləsinin bir neçə maddəsinin pozulması faktını da aşkarlayıb.

Xatırladaq ki, 2015-ci ilin noyabrında günahını etiraf edən Uebb dövlətin hesabına 7 milyon dollar köçürməyə də razılıq verib.


18:53 10.09.2016