KANAL24.AZ
Az Iw En Ru

Azərbaycan Rio-2016 Paralimpiadasında ilk qızıl medalını qazanıb (YENİLƏNİB-3)

Cüdoçumuz Ramil Qasımov finalda Ukrayna təmsilçisi Solovey Dmitro üzərində qələbə qazanaraq Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Bu Azərbaycan yığmasının XV Yay Paralimpiya Oyunlarında ilk qızıl medalıdır.

X X X

Cüdoçumuz Ramil Qasımov finala gedən yolda Almaniya təmsilçisi Nikolai Kornhass ilə qarşılaşıb.

İdmançımız ipponla vaxtından əvvəl qələbə qazanaraq finala yüksəlib.

Qeyd edək ki, Rio-2016 XV Yay Paralimpiya Oyunlarının ilk günündə komandamız gümüş medal qazanıb. Bayram Mustafayev 66 kq çəki dərəcəsində ilk medalı Azərbaycan komandasına qazandırıb.

X X X

Azərbaycan cüdoçusu Ramil Qasımov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, 73 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz kubalı Rodriqes Gerardonu məğlub edib.

Beləliklə, R.Qasımov yarımfinalda alman cüdoçu Nikolai Kornhass ilə qarşılaşacaq.


08:15 10.09.2016