KANAL24.AZ
Az Iw En Ru

Paralimpiyaçımız yarımfinalda (YENİLƏNİB)

Cüdoçumuz Ramin İbrahimov 1/4 finalda qazaxıstanlı Anuar Sarıyevə qalib gəlib.

Yarımfinalda idmançımızın rəqibi özbəkistanlı Şerzod Namazov olacaq.

X X X

17:43

Azərbaycan cüdoçusu Ramin İbrahimov Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XV Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

Trend-in məlumatına görə, 60 kiloqram çəki dərəcəsində yarışan cüdoçumuz 1/8 final mərhələsində argentinalı Eduardo Qautoya qalib gəlib.

Təmsilçimiz növbəti mərhələdə Qazaxıstan idmançısı Anuar Sarıyevlə qarşılaşacaq.


05:22 09.09.2016