KANAL24.AZ
Az Iw En Ru

Bakıda Türkiyədə 15 iyul hadisələrinə həsr edilmiş fotosərgi açılıb (FOTO)

Bakıda 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd hadisəsini əks etdirən fotolardan ibarət sərgi təşkil olunub.

Türkiyənin "Anadolu" agentliyinin Bakı ofisindən Trend-ə verilən məlumata görə, agentliyin fotoqraflarının çəkdiyi fotolardan ibarət “15 İyul - Milli iradənin yüksəlişi” adlı sərgidə 15 iyul gecəsi Türkiyədə yaşanan hadisələr, Türkiyə xalqının FETÖ üzvlərinə qarşı müqaviməti, bombalanan dövlət binaları və FETÖ-ya etiraz mitinqləri əks olunub.

Sərgiyə gələnlər "Anadolu" agentliyinin hazırladığı “Dəqiqə-dəqiqə FETÖ-nün çevriliş cəhdi” kitabını pulsuz əldə edə bilər.

Sərgi 13 sentyabr tarixinə qədər davam edəcək.


23:06 08.09.2016
Xəbər lenti
Bütün xəbərlər