KANAL24.AZ
Az Iw En Ru

Aşığın bu görüntüsü hər kəsi sevindirdi - Video

Azərbaycanın məşhur aşığı Xanlar Məhərrəmovun varisi Aşıq Azər Xanlaroğlunun yeni görüntüləri onu sevənləri, dostlarını sevindirib.

 

Axar.az xəbər verir ki, Feysbuk istifadəçisi Ç.Mahmudqızı sosial şəbəkədə Azər Xanlaroğlunun ifa zamanı çəkilmiş videosunu paylaşaraq bu sözləri yazıb:

 

“Azər Xanlaroğlunun uzun sürən xəstəliyindən - illərdən, aylardan, günlərdən sonra ilk dəfə idi ki, əlində sazla Allahdan asıldığını gördüm. Bu gün Azər bizimləydisə, Allaha min şükür deyib, onun saza pir kimi sarıldığı məqamların ucalığını yaşadıq dostlarla. Rəbbim sazı Azərə, Azəri də saza çox görməsin, inşallah”.

 

Aşığın bu videosu sosial şəbəkə istifadəçiləri tərəfindən sevinclə qarşılanıb.

 

Qeyd edək ki, hepatit xəstəliyindən əziyyət çəkən Aşıq Azər Xanlaroğlu dövlət hesabına müalicə olunur. Hazırda qara ciyərinin dəyişdirilməsi üçün hazırlıq aparılır.

 


08:30 07.09.2016
Xəbər lenti
Bütün xəbərlər