KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanlı solist Beynəlxlaq Balet müsabiqəsinə qatılacaq (FOTO)

Azərbaycan Opera və Balet Teatrı balet truppasının gənc solisti Cəmilə Kərimova sentyabrın 8-dən 17-dək Qazaxıstanın Astana şəhərində keçiriləcək III Beynəlxlaq Balet artistləri müsabiqəsində iştirak etmək üçün dəvət olunub.

Opera və Balet Teatrının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, C.Kərimova Teatrda 2011-ci ildən çalışır. Truppanın ən gənc və ümidverən solistlərindəndir. Bakı Xoreoqrafiya Akademiyasının magistraturasında təhsil alır.

Prezident mükafatçısı, Qəmər Almaszadə adına I Beynəlxalq balet müsabiqəsinin Qran-Pri mükafatının sahibidir.

C.Kərimova müsabiqədə "Qu gölü", "Don Kixot", "Yatmış gözəl", "Bayaderka" kimi klassik baletlərdən nümunələrlə çıxış edəcək.


00:43 07.09.2016
Xəbər lenti
Bütün xəbərlər