Tanınmış skripkaçı Nəzrin Rəşidova oktyabrın 7-də İngiltərənin Hemel Hempsted şəhərindəki Müqəddəs Mariya kilsəsində konsert proqramı ilə çıxış edəcək.
Konsertin proqramına İ.S.Bax, İ.Q. Raynberqer, Q.Forenin əsərləri daxildir. Nəzrin Rəşidova Rufus Froud (orqan) və Anna Mensieslə (violonçel) birlikdə çıxış edəcək.