KANAL24.AZ
Az Iw En Ru

Olimpiadada yer tutan idmançılarımıza pul mükafatları müəyyən edildi - SİYAHI

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev “Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün ən yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, XXXI Yay Olimpiya Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

- birinci yer tutan hər bir idmançıya 200 min manat, onun məşqçisinə 100 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 100 min manat, onun məşqçisinə 50 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat.

Milli Olimpiya Komitəsinin maliyyə idarəsinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


01:21 02.09.2016
Xəbər lenti
Bütün xəbərlər