KANAL24.AZ
Az Iw En Ru

Prezident İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin embleminin təsdiq edilməsi barədə Fərman imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin emblemi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 25 mart tarixli 216 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə Fərman imzaladı.

Sənəddə qeyd olunur ki, adinda və mətnində (hər iki halda) “Milli Təhlükəsizlik Nazirliyinin” sözləri “Dövlət Təhlükəsizliyi Xidmətinin” sözləri ilə əvəz edilsin.

Fərmanda daha sonra qeyd olunur ki, həmin Fərmanla təsdiq edilmiş  emblemin şəkli yenisi ilə əvəz edilsin.


00:05 13.08.2016
Xəbər lenti
Bütün xəbərlər