KANAL24.AZ
Az Iw En Ru

Keçən il Azərbaycandan Gürcüstana təbii qaz ixracı 9,2 faiz artıb

Ötən il Azərbaycandan Gürcüstana təbii qaz ixracı 9,2 faiz artıb.


Bu barədə SOCAR-ın “Davamlı inkişaf haqqında” hesabatında məlumat verilir. 2015-ci ildə “SOCAR Georgia Gas” MMC tərəfindən Gürcüstana Azərbaycandan 1,51 milyon ton ekvivalentində ümumi dəyəri 314,3 milyon ABŞ dolları olan təbii qaz idxal edilib. Bu da əvvəlki dövrlərlə müqayisədə 9,2 faiz çoxdur.
Qeyd edək ki, Azərbaycan Gürcüstanın əsas təbii qaz tədarükçüsüdür və ölkənin bu qəbildən olan idxal məhsulunun 74 faizini təmin edir.


19:13 06.08.2016
Xəbər lenti
Bütün xəbərlər