KANAL24.AZ
Az Iw En Ru

Ağsu rayonunda meyvə yığımı davam edir

Cari mövsümdə Ağsu rayonunda bol meyvə var. Yetişmə dövründən asılı olaraq məhsul yığımı davam edir.


Rayon statistika idarəsindən verilən məlumatda bildirilir ki, indiyədək bağlardan 1894 ton müxtəlif növ meyvə, o cümlədən armud, alça, ərik, gavalı, şaftalı və s. yığılıb. Dərilən məhsul ötən ilin müvafiq dövrü ilə müqayisədə 29 ton çoxdur.
Rayonun aran ərazilərində artıq alma yığımına da başlanılıb. Bir qədər sonra nar, heyva, qoz, fındıq da tadarük olunacaq. Məhsul yerli və ətraf rayonların bazarlarına, habelə respublikamızın iri şəhərlərinə göndərilir.
Rayonda yerli şərait üçün əlverişli olan meyvə bağlarının sahəsi ildən-ilə artır. Hazırda bağların sahəsi 3554 hektara çatıb ki, bunun da 2865 hektarı bar verir.


16:00 06.08.2016
Xəbər lenti
Bütün xəbərlər