Kanal24.az xəbər verir ki, Nyu Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində VTI neftinin qiyməti 1 barrelə görə 0,35 dollar azalaraq 41,58 dollar təşkil edib.
İCE London qitələrarası birjasında “Brent” markalı neftin 1 barrelinin dəyəri isə 0,41 dollar azalaraq 43,88 dollar olub.