KANAL24.AZ
Az Iw En Ru

Yardımlıda 21 illik fasilədən sonra tütün yığımına başlanılıb

Prezident İlham Əliyevin tapşırığına əsasən ölkənin aqrar sektorunda yeni təsərrüfat sahələri yaradılır, çayçılıq, pambıqçılıq, üzümçülük, baramaçılıq və tütünçülüyün inkişafı istiqamətində tədbirlər görülür.


Yardımlı rayonunda 21 illik fasilədən sonra 10 hektar ərazidə əkilmiş tütün sahəsində ilk məhsul yığımına başlanılıb.
Rayonun “Deman” ərazisindən yığılan tütün yarpaqları sahələrdən birbaşa tədarük məntəqəsinə gətirilir və qurudulmaq üçün kameralara qoyulur.
Tədarük məntəqəsində “Adesco” şirkətinin istehsalı olan 3 tütünqurutma kamerası quraşdırılıb. Hər kamera bir dəfəyə 6 ton tütün qəbul etmək imkanına malikdir.
Yığılan məhsulun satış məsələsi də həll olunub. Şəki şəhərində fəaliyyət göstərən “İlham MMC” ilə bağlanmış müqaviləyə əsasən qurudulmuş tütün məhsulu müəssisəyə satılır.
Rayonda birinci yığım zamanı 3 hektar sahədən 6 tona yaxın tütün yığılıb.
Uzun fasilədən sonra əkilmiş tütün sahələrindən bu il 30 ton məhsulun yığılması nəzərdə tutulub. Növbəti illərdə isə rayonda tütün əkininin 50 hektara çatdırılması planlaşdırılıb.
Qeyd edək ki, 1995-ci ilədək Yardımlıda 252 hektar sahədə tütün əkilib.


03:38 04.08.2016
Xəbər lenti
Bütün xəbərlər