KANAL24.AZ
Az Iw En Ru

“Oğlan evi-2”nin çəkilişləri davam edir

Ötən ilin ən uğurlu kinokomediya janrında çəkilmiş filmlərindən olan “Oğlan evi” filminin ikinci hissəsinin çəkilişləri davam edir.

Kanal24 xəbər verir ki, bu dəfə də filmin əsas hadisələri birinci hissəsində ən çox yaddaqalan Baba obrazının ətrafında cərəyan edəcək.

Filmdə yeni rol ifaçısı kimi “Bozbash Pictures” serialından tanıdığımız aktyor Nicat Rəhimov və videobloger Hüseyn Əzizoğlunun adları qeyd olunur. Bundan başqa, aktyorlar Elşən Hacıbabayev və Qurban Məsimov da filmdə rol alacaq. Filmin yaradıcı heyəti bu dəfə də ekran əsərinin maraqlı olacağını düşünür.

Qeyd edək ki, çəkilişləri paytaxtda və regionlarda aparılan “Oğlan evi-2” filminin kinoteatrlarda nümayişinin 2016-cı ilin son aylarına planlaşdırıldığı açıqlanıb.

Filmin quruluşçu rejissoru İlham Qasımov, operatoru Nadir Mehdiyevdir.


17:29 03.08.2016
Xəbər lenti
Bütün xəbərlər