KANAL24.AZ
Az Iw En Ru

“İxraca hazır ol!” layihəsi çərçivəsində əməkdaşlıq forumu

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "İxraca hazır ol!" layihəsi çərçivəsində əməkdaşlıq forumu keçirib.


AZPROMO-dan Kanal24.az-a bildirilib ki, müxtəlif yerli şirkətləri təmsil edən nümayəndələrin və sahibkarların iştirak etdikləri forumda layihə çərçivəsində daha əvvəl keçirilən iki təlimin ("İxracat və Marketinq" və "İxrac prosedurları və qanunvericilik") ümumi dəyərləndirilməsi aparılıb, təlimlərin iştirakçıları layihə barəsində öz fikir və təkliflərini bildiriblər. Görüş zamanı layihənin daha faydalı olması üçün əməkdaşlıq platformasının yaradılması da müzakirə olunub.


00:33 03.08.2016
Xəbər lenti
Bütün xəbərlər