KANAL24.AZ
Az Iw En Ru

Qazaxda Xalq Yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Qazaxda Xalq Yazıçısı İsmayıl Şıxlının vəfatının 21-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.


Kanal24.az xəbər verir ki, tədbirə toplaşanlar əvvəlcə yazıçının abidəsi önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov anım mərasimində qeyd edib ki, milli mənəvi dəyərlərimizin qorunub saxlanılması, milli mədəniyyətin, milli əxlaqın gənc nəslə çatdırılması baxımından İsmayıl Şıxlının əsərləri çox dəyərlidir. Yazıçının milli hiss və Vətən sevgisi təsvir olunmayacaq dərəcədə güclü olub. O, həyati mövzulara müraciət edərək zamanın nəbzini tutub, günün mühüm məsələlərinə toxunub. Mənəvi-ictimai problemləri ön plana çəkərək dövrün, yaşadığı mühitin eybəcərliklərini ifşa və tənqid hədəfinə çevirib. Yazıçının əsərlərində əksini tapan azərbaycançılıq ideyası hər dövr üçün öz aktuallığını qoruyub saxlayıb.


Şairlərdən Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialının sədri, Əməkdar İncəsənət Xadimi Barat Vüsal, Vəli Xramçaylı, Mustafa Rasimoğlu, Məmməd Qoca və başqaları çıxış edərək İsmayıl Şıxlı yaradıcılığından söz açıb, yazıçının Azərbaycan ədəbiyyatına bəxş etdiyi nümunələrdən danışıblar.


17:27 02.08.2016
Xəbər lenti
Bütün xəbərlər