KANAL24.AZ
Az Iw En Ru

“İtlərin patrulu” serialının qəhrəmanları Bakıya gəlir

Bir çoxları tərəfindən sevilən “İtlərin patrulu” serialının qəhrəmanları Bakıya gəlir.


Kanal24.az xəbər verir ki, oktyabrın 30-da Moskva Kukla Teatrı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində balaca tamaşaçılar üçün bu serialın ssenarisi əsasında tamaşa göstərəcək. İnteraktiv tamaşa noyabrın 12-13-də isə Heydər Əliyev Sarayında nümayiş etdiriləcək.


“İtlərin patrulu” altı cəsur it və bir oğlandan ibarətdir. Zik Rayder və onun dördayaqlı dostları cəmiyyət üçün faydalı işlə məşğuldurlar. Tamaşa uşaqlara xeyirxah, cəsur, qayğıkeş olmağı təbliğ edəcək.


17:45 02.08.2016
Xəbər lenti
Bütün xəbərlər