KANAL24.AZ
Az Iw En Ru

Qədim türklərin “Kök boru” oyunu Türkiyədə geniş təbliğ olunacaq

Orta Asiyada oynanılan və türklərin ən qədim müharibə oyunu kimi tanınan “Kök boru” oyununun Türkiyənin Van və Antalya şəhərlərinə geniş təbliğ olunması nəzərdə tutulur.


Məqsəd ölkə daxilində həyata keçirilən toy mərasimlərində, o cümlədən yarmarka və müxtəlif tədbirlərə qoşularaq bu ənənəvi oyunu həm oynamaq, həm də gələcək nəsillərə çatdırmaqdan ibarətdir.


Qədim türklər bu oyunu müharibə vaxtlarında evdə qalan gənclərin döyüş qabiliyyətini və at üzərindəki hünərlərini itirməməsi üçün praktik olaraq tətbiq edib.


Sözügedən oyun zaman keçdikdən sonra toylarda oynanmağa başlanılaraq sonradan ənənəvi hal alıb.
Qeyd edək ki, bu oyun hazırda canlı olaraq Qırğızıstan və Qazaxıstanda oynanılır.


17:45 01.08.2016
Xəbər lenti
Bütün xəbərlər