KANAL24.AZ
Az Iw En Ru

Qafqaz Universitetinin rektoru ilə belə vidalaşdılar - Foto

Bu gün Qafqaz Universitetində yeni rektorun tələbə və müəllim heyəti ilə görüşü baş tutub.

Universitetin yeni rektoru Elmar Qasımov sələfi Ahmet Saniç haqqında xoş sözlər deyib və onun Qafqaz Universiteti üçün etdiklərinə görə təşəkkür edib.

Elmar Qasımov bildirib ki, Qafqaz Universitetində təhsil sistemi əvvəlki qaydada saxlanılacaq:
“Bütün ixtisaslar, abituriyentlərin qəbulu olduğu kimi qalacaq. Qafqaz Universiteti əvvəl necə fəaliyyət göstəribsə, bu gündən sonra da elə fəaliyyət göstərəcək. Sadəcə olaraq, Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında fəaliyyətini davam etdirəcək. Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin rektorluğunun idarəçiliyi altında daha da inkişaf edəcək”.

E. Qasımov əlavə edib ki, tədris Qafqaz Universitetinin kampusunda davam etdiriləcək. Tədbirdə yeni və köhnə rektor səmimi şəkildə görüşüb və bu məqam bəzi müəllimləri kövrəldib.

Sabiq rektor Ahmed Saniç kollektiv qarşısında çıxış edərək qarşıdakı fəaliyyətlərində onlara müvəffəqiyyətlər arzulayıb. Ahmet Saniç vurğulayıb ki, Qafqaz Universteti bundan sonrakı mərhələlərdə daha da inkişaf edəcək.

Daha sonra Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xalik Məmmədov Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovu Qafqaz Universitetinin kollektivinə təqdim edib. SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov bildirib ki, idarəçiliyin dəyişməsi sistemin effektivliyinin daha da artırılmasını nəzərdə tutur. Vitse-prezident Qafqaz Universitetinin sabiq rektoru Ahmet Saniçə 11 il ərzində göstərdiyi fəalliyyət və uğurlarına görə təşəkkür edərək, ona bundan sonrakı fəaliyyətində uğurlar arzulayıb. Xalik Məmmədov Qafqaz Universitetində sistemin dəyişməyəcəyini, hətta bundan sonra daha da inkişaf edəcəyini vurğulayıb. O, bildirib ki, universitetdə bütün fakültələr olduğu kimi qalacaq və tələbə qəbulu davam etdiriləcək.

Qafqaz Universitetinin rektoru ilə belə vidalaşdılar -  Foto
Qafqaz Universitetinin rektoru ilə belə vidalaşdılar -  Foto
Qafqaz Universitetinin rektoru ilə belə vidalaşdılar -  Foto


21:35 21.07.2016
Xəbər lenti
Bütün xəbərlər