KANAL24.AZ
Az Iw En Ru

Gənc Tamaşaçılar Teatrının rejissoru Moldovada tamaşa qoyacaq

Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, Əməkdar Artist Nicat Kazımov Moldova Respublikası Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrına dəvət alıb.

Teatrın mətbuat xidmətindən Kanal24-ə verilən məlumata görə, dəvətin məqsədi inkişafda olan Qaqauz teatrı ilə qədim və zəngin köklərə malik Azərbaycan Milli Teatrı arasında yaradıcılıq əlaqələrinin qurulması və genişləndirilməsidir.

Moldovanın Qaqauz Yeri Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrının dəvətinə əsasən rejissorumuz görkəmli türk yazıçı və dramaturqu Əziz Nesinin “Öldür məni, can-ciyər” pyesi əsasında tamaşa hazırlayacaq.

N.Kazımov cari ilin iyul ayının 28-dən – sentyabr ayının 1-dək Dionis Tanasoğlu adına Qaqauz Milli Teatrında sözügedən tamaşanı hazırlayıb təhvil verərək, vətənə dönəcək.

 
       

22:13 20.07.2016
Xəbər lenti
Bütün xəbərlər