KANAL24.AZ
Az Iw En Ru

Alimlər: nar şirəsi cavanlaşdırır və gümrahlaşdırır

Alimlər aparılan araşdırmalara əsasən nar şirəsinin faydalı xüsusiyyətlərini aşkara çıxarıblar.

Elm adamlarının sözlərinə görə, bu şirənin tərkibindəki faydalı bakteriyalar və maddələr orqanizmi lazımsız yığıntılardan təmizləməyə, artıq suyun xaric olunmasına, immun sisteminin möhkəmlənməsinə kömək edir. Belə ki, insan orqanizmi immun sisteminin 70 faizini bağırsaqların təmizləməsinə sərf edir. Bununla yanaşı nar şirəsi bədən əzələlərini möhkəmləndirir, qan dövranını yaxşılaşdırır, oynaqlarda ağrıların azalmasında böyük rol oynayır. Aparılan tədqiqatlar nəticəsində nar şirəsinin kosmetoloji xüsusiyyətlərinin də olduğu müəyyənləşdirilib. Nar şirəsindən üz üçün maska kimi istifadə etdikdə dəri sağlam və təmiz olur.

“Vista News”


08:16 14.07.2016
Xəbər lenti
Bütün xəbərlər