KANAL24.AZ
Az Iw En Ru

Azərbaycanda sənaye parklarına qoyulacaq sərmayələrin həcmi açıqlandı

Azərbaycanın sənaye parkları və məhəllələrinə 1,1 milyard manatdan çox sərmayə qoymaq planlaşdırılır.

Bunu iqtisadiyyat naziri Şahin Mustafayev 2016-2020-ci illər üçün BMT-Azərbaycan çərçivə sazişinin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, 17 sahibkar 180 milyon manat dəyərində layihələrin reallaşdırılması çərçivəsində təşviqat sənədləri alıblar.

Ş.Mustafayev qeyd edib ki, bu tədbirlər minlərlə iş yerinin açılmasına imkan verəcək.


20:12 12.07.2016
Xəbər lenti
Bütün xəbərlər