KANAL24.AZ
Az Iw En Ru

Neft Fondunun auditini "Price Waterhouse Coopers" şirkəti həyata keçirəcək

ARDNF-nin 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini "Price Waterhouse Coopers" şirkəti həyata keçirəcək.

Bu barədə Fonddan verilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Dövlət Neft Fondu 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədi ilə Azərbaycan Respublikasının dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib.

Xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş "Price Waterhouse Coopers" şirkəti müsabiqənin qalibi müəyyən edilib və Dövlət Neft Fondu haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fondun 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin edilib.


19:30 12.07.2016
Xəbər lenti
Bütün xəbərlər