KANAL24.AZ
Az Iw En Ru

"Bank BTB"dən fərdi bank seyflərinin icarəsi üzrə 60 faizədək endirim

"Bank BTB" ASC fərdi bank seyflərinin icarəsi üzrə 60 faizədək endirim kampaniyasına start verib.

Bankdan bildiriblər ki, fərdi bank seyflərinin icarəsi üzrə sərfəli endirimlər 20 faizdən 60 faizədək təşkil edir. Müddəti 2 ay olan kampaniya avqustun 31-dək davam edəcək.

Qeyd edək ki, müxtəlif ölçülərdə, davamlı materiallardan hazırlanmış və təhlükəsizlik qaydalarına cavab verən fərdi bank seyfləri "Bank BTB"nin baş ofisində yerləşir. Tətbiq olunan "iki açar prinsipi (1 açar müştəridə və 1 açar bankda) yüksək məxfiliyi təmin edir. Müştəri və ya onun qanuni təmsilçisinin bilavasitə iştirakı olmadan heç kim fərdi bank seyfindən istifadə edə bilməz.


06:54 09.07.2016
Xəbər lenti
Bütün xəbərlər