KANAL24.AZ
Az Iw En Ru

SOCAR Türkiyədə gücü 295 meqavat elektrik və 1640 ton buxar olan enerji istehsalı layihələri icra edəcək

SOCAR-ın Türkiyədəki “SOCAR Power” şirkəti qardaş ölkədə gücü saatda 295 meqavat elektrik və 1640 ton buxar olan elektrik enerjisi istehsalı layihələri icra edəcək. Layihələr üzrə tikinti işlərinə bu ilin sonunda başlanılması nəzərdə tutulur.

SOCAR-dan bildirilib ki, Türkiyənin əsas prioritetlərindən biri də daxili bazarda elektrik enerjisinə olan tələbatı qarşılamaqdır. SOCAR-ın Türkiyədə elektrik enerjisi istehsalı layihələrinin həyata keçirilməsi məhz bu ölkədə inşası davam etdirilən “Star” neft emalı zavodunun və “Petkim” neft-kimya kompleksinin elektrik enerjisinə olan tələbatını tam təmin edərək bu layihələrin idxal olunan elektrik enerjisindən asılılığını azaltmaq məqsədi daşıyır. Əsas yanacaq növü kömür olaraq nəzərdə tutulan layihələrin gücü saatda 295 meqavat elektrik və 1640 ton buxar təşkil edir. Layihələr üzrə tikinti işlərinə bu ilin sonunda başlanılması planlaşdırılır.

Qeyd edək ki, “SOCAR Power Enerji Yatırımları A.Ş.” şirkəti 2011-ci il sentyabrın 2-də yaradılıb.


06:42 09.07.2016
Xəbər lenti
Bütün xəbərlər