KANAL24.AZ
Az Iw En Ru

İyunda ölkədə 1,6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub

Cari ilin iyun ayında ölkə enerjisi sistemində 1,6 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub.

Bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi də davam etdirilib.

Cari ilin ötən 6 ayı ərzində isə 10,8 milyard kilovat-saata yaxın elektrik enerjisi istehsal edilib.


05:55 09.07.2016
Xəbər lenti
Bütün xəbərlər