"AccessBank" nüfuzlu beynəlxalq maliyyə nəşri "Euromoney" tərəfindən Londonda keçirilən "2016-cı il üzrə ən yaxşı nəticələr" mükafatlandırma mərasimində "Azərbaycanın ən yaxşı bankı" adına layiq görülüb.
Bankdan bildiriblər ki, 2010-cu ildən etibarən artıq altıncı dəfədir ki, "AccessBank" bu nominasiyada mükafat qazanır.