KANAL24.AZ
Az Iw En Ru

Bakıda Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi açılacaq

Dekabrın 15-17-də ELANEXPO-nun təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcək.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər ki, sərgidə logistika, infrastruktur, sığorta, arxitektura, daşınmaz əmlakın idarə olunması sahəsində fəaliyyət göstərən şirkətlər, banklar, daşınmaz əmlakların internet təchizatı, insan resursları, marketinq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşan qurumlar və digər sahələri təmsil edən iş adamlarının iştirakı gözlənilir.

Qeyd edək ki, ELANEXPO Azərbaycan ilə yanaşı, Əlcəzair, Mərakeş, İraq və Qazaxıstanda bir çox sərgilər təşkil edib və hər il baş tutan sərgilərdə bu günədək yüzlərlə şirkət təmsil olunub.


02:13 08.07.2016
Xəbər lenti
Bütün xəbərlər